Çin, tarixinin faciəsini yaşayır-VİDEO

Çin, tarixinin  faciəsini yaşayır-VİDEO
  29 Avqust 2013    Oxunub:1230
Çin, tarixinin ən böyük faciələrindən birini yaşayır
Amur və Sunqari çaylarında suyun səviyyəsi günbəgün artır. Hazırda suyun səviyyəsinin 7-8 metr olduğu bildirilir. Hidrometerologiya idarəsi isə yenə xəbərdarlıq edib. Gələn həftə suyun səviyyəsi daha da artacaq. Hökumət faciənin zərərini minumuma endirmək üçün demək olar ki, bütün ölkəni səfərbər edib. Ordu sel və daşqınların qarşısını almaq üçün sözün əsl mənasında mübarizə aparır.

Tikilən bəndlərin bəziləri suyun təzyiqinə artıq davam gətirmir. Bu günə kimi 2 milyon nəfər evuakasiya olunub. Torpaq sürüşmələri nəticəsində yolların bağlanması 170 min sakini həyatdan təcrid edib. Təhlükəszilik əməkdaşları hələ ki onlara lazımi köməklik göstərə bilmir. Qeyd edək ki, bir neçə həftədir davam edən sel fəlakətində onlarla insan həlak olub, 100-dən çoxu itkin düşüb.




Teqlər:





Xəbər lenti