BMT Suriya ilə bağlı razılığa gələ bilmədi

BMT Suriya ilə bağlı razılığa gələ bilmədi
  29 Avqust 2013    Oxunub:1069
Obama da məsələ ilə bağlı hələlik heç bir qərar vermədiyini bildirib
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Suriya ilə bağlı məsələdə razılığa gələ bilməyib. ABŞ prezidenti Barak Obama Suriyaya hərbi müdaxiləni istisna etməsə də, bununla bağlı hələlik heç bir qərar vermədiyini bildirib. NATO-nun baş katibi Andres Foq Rasmussen bəyan edib ki, alyans Əsəd ordusunun kimyəvi silahdan istifadə etdiyinə dair dəllilərə malikdir.

BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin toplantısına Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa dəvət olunub. Suriyaya zərbələr endirilməsi və qoşunların yeridilməsini nəzərdə tutan qətnaməyə Rusiya və Çin veto qoyub. Bundan qəzəblənən ABŞ isə Əsəd rejiminin uzun müddət Suriyanın arxasında gizlənə bilməyəcəyini və lazımi tədbirlər qərar veriləcəyini bəyan edib. Toplantıda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Suriyada təxirəsalınmaz addımların atılmasının zəruriliyini vurğulayıb. Böyük Britaniyanın Baş naziri isə qərar qəbul etməzdən əvvəl BMT müfəttişlərinin kimyəvi silahlarla bağlı apardıqları araşdırmaların nəticələrini gözləməyə çağırıb. Obama da məsələ ilə bağlı qərar verməyi hələ ki uzadır. O PBS tele-kanalına müsahibəsində Suriya bağlı heç bir qərar vermədiyini bildirib. Lakin ABŞ dövlət başçısı qeyd edib ki, hərbi əməliyyatların başlanması istisna deyil, bununla bağlı Milli Təhlükəsizlik Şurası ilə müzakirələr aparılır. O, Suriyada kimyəvi silahdan istifadəyə dair bütün sübutları incələdiklərini deyərək, müxalifətin o həcmdə kimyəvi silaha malik olduğuna inanmadıqlarını dilə gətirib. NATO-nun baş katibi Andres Foq Rasmussen bildirib ki, alyans Əsəd ordusunun kimyəvi silahdan istifadə etdiyinə dair dəllilərə malikdir. Almaniyanın kansleri Angela Merkel də Əsəd rejiminin bu silahdan istifadə etdiyinə dair subutların olduğunu deyib. Kanada da Suriya rejiminin ən sərt cavabı alacağını bəyan edib. Türkiyənin isə silahlı qüvvələrini yüksək hazırlıq səviyyəsinə gətirdiyi bildirilir. Avstriya tərəfi bildirib ki, NATO təyyarələrinə Suriyaya zərbələr endirmək üçün hava məkanından istifadə etməyə icazə verməyəcək. Suriyaya gözlənilən hücumla bağlı bəzi məqamlar dəqiqləşdirilir. İngiltərə və ABŞ-ın planlaşdırdığı 48 saatlıq əməliyyatda Suriyanın 50-ə yaxın hədəfinin vurulması nəzərdə tutulub. Bəşər Əsəd hökumətinin də Suriyada mümkün müharibəyə hazırlaşdığı bildirilir. Suriyanın BMt-ki daimi nümayənmdə Bəşər Cəfəri isə müxlaifətin avqustun 22, 24 və 25-də Suriya əsgərlərinə qarşı zarin qazı istifadə etdiyini idda edərək qurumun məsələni araşdırmasını istəyib. Bu arada Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə Suriyadakı vəziyyəti müzakirə edib. Danışıqlar zamanı Putin və Ruhani kimyəvi silahın tətbiqinin yolverilməz olduğunu vurğulayıb və münaqişənin siyasi həllini vacib sayıblar.

S.Həsənova


Teqlər:





Xəbər lenti