Misir yenə Hüsnü Mübarəyə qarşı ayağa qalxıb

Misir yenə Hüsnü Mübarəyə qarşı ayağa qalxıb
  29 Avqust 2013    Oxunub:1098
«Müsəlman qardaşları» təşkilatının daha 66 üzvü saxlanılıb
Qahirədə 6 Aprel hərəkatı sabiq dövlət başçısı Hüsnü Mübarəkin azadlığa buraxılmasına etiraz olaraq aksiya keçirib. Onlar eyni zamanda nümayişlər zamanı ordu və təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq etməsinə qarşı da çıxıblar. Mübarəkin azad edilməsi İsgəndəriyyədə də etirazla qarşılanıb. Misir təhlükəsizlik qüvvələri isə ölkənin müxtəlif şəhərlərində müsəlman qardaşları təşkilatının üzvlərinin təqibini davam etdirir. Onlar hərəkatın daha 66 nümayəndəsini saxlayıblar. Hərəkat üzvləri təxribatda, odlu silah gəzdirməkdə, polis mərkəzləri və dövlət qurumlarına hücumlarda təqsirli bilinirlər.


Teqlər:





Xəbər lenti