İran XİN-in ilk qadın sözçüsü - FOTO

İran XİN-in ilk qadın sözçüsü - FOTO
  29 Avqust 2013    Oxunub:1250
İran tarixində ilk dəfə olaraq Xarici İşlər Nazirliyinin sözçüsü postuna xanım diplomat təyin edilib.
Seyid Abbas Əraqçini əvəz edəcək Mərziyyə Əfxəmin bir müddət İran XİN-də mətbuat və informasiya şöbəsinin müdiri işlədiyi, hazırda isə ictimai diplomatiya şöbəsinin rəhbəri olduğu haqda elə Seyid Abbas Əraqçinin özü məlumat verib. Əraqçinin sözlərinə görə, bu posta qadın diplomatın təyin edilməsi xarici siyasət arenasında müsbət təsir edə bilər.

Onun sözlərinə görə, diplomat Mərziyə Əfxəm şəxsi qabiliyyətlərə, iş təcrübəsinə və media diplomatiyası sahəsində ekspert keyfiyyətləri daşıdığına görə bu vəziyə təyin edilib. İran tarixində daha bir ilk isə ilk dəfə səfir təyin olunması planlaşdırılan Mənsurə Şərifisədrin adıyla bağlıdır.

Hazırda İranın Xarici İşlər Nazirliyinin qadın məsələləri üzrə baş direktioru vazifəsində çalışan xanım diplomatın hansı ölkəyə səfir təyin olunacağı məlum deyil. Amma onun Şərqi Asiyada iş təcrübəsi nəzərə alınaraq, İndoneziya və ya Banqladeşə səfir təyin olunacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti