“Putin İlham Əliyevdən şəxsən onu öyrənmək istəyirdi...”

“Putin İlham Əliyevdən şəxsən onu öyrənmək istəyirdi...”
  30 Avqust 2013    Oxunub:978
Aleksandr Skakov: “Ermənistanda hələ də açıq şəkildə qərb dreyfi mövcuddur”.
“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri İlham Əliyevin namizədliyinin Kreml tərəfindən dəstəyinin təzahürü idi. Bu həm də Moskvanı razı salırdı. Səfər digər tərəfdən Azərbaycandakı vəziyyətə təsir göstərməyə çalışan bəzi xarici qüvvələrə bir növ mesaj xarakteri daşıyırdı” – rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Mərkəzi Asiya və Qafqaz Tədqiqat Mərkəzinin işçi qrupunun koordinatoru Aleksandr Skakov bildirib.

Skakovun sözlərinə görə, bu səfərdə Ermənistanı heç bir təhlükə gözləmir. “Dağlıq Qarabağ münaqişəsi kəskinləşdiyi halda Moskva Yerevanı bu və ya digər üsulla dəstəkləməyəcək. Əgər Qərbə ümid ediləcəksə, qoy onlar onu dəstəkləsinlər. Amma Rusiya Ermənistanın sərhədləri çərçivəsində ərazi bütövlüyü və müstəqilliyini dəstəkləməyə görə öhdəlik daşıyır. Rusiya prezidenti həmçinin şəxsən İlham Əliyevdən Dağlıq Qarabağ münaqişəsində Bakının niyyəti barədə informasiya almaq istəyirdi” – o vurğulayıb.

“Ermənistan Rusiya tərəfində qalacaq, yoxsa Qərbə yönələcək” sualına Skakov belə cavab verib: “Bu, həm Ermənistan, həm də Rusiyadan asılıdır. Daha cəzbedici olmaq lazımdır, burada söhbət yalnız maliyyə imkanlarından getmir. Ermənistanda hələ də açıq şəkildə qərb dreyfi mövcuddur”.

A.Skakovun sözlərinə görə, Putin indi müharibənin başlanmaması barədə Bakıdan təminat almaq istəyir. “Amma mənə elə gəlir ki, heç kəs müharibənin başlayacağı təqdirdə heç nə edə bilməz. Çünki heç kim müharibənin olmaması üçün real addımlar atmır, heç kim danışıq prosesinin “reanimasiyası” olmaq istəmir – nə Rusiya, nə də Qərb” – politoloq bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti