Putin Merkellə Suriya münaqişəsini müzakirə etdi

Putin Merkellə Suriya münaqişəsini müzakirə etdi
  30 Avqust 2013    Oxunub:1079
Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkelin Suriya məsələsi ilə bağlı telefon danışıqları baş tutub.
AzVision.az xəbər verir ki, danışıqlar zamanı Suriya münaqişəsinin müxtəlif aspektləri müzakirə olunub. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, bu gün baş tutan telefon danışığına Almaniya tərəfi təşəbbüs göstərib.

“Hər iki tərəfə görə, Suriyada gərginləşən vəziyyətin BMT çərçivəsində və başqa formatlarda siyasi-diplomatik yolla nizama salınması üzrə aktiv iş davam edəcək. Belə olmadığı təqdirdə, BMT-nin Təhlükəsizlik Şurasında Suriyada kimyəvi silahdan istifadə olunmasının mümkün faktları haqqında ekspertlərin əsas hesabatı müzakirə olunacaq” – məlumatda bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti