Xərçəngə qalib gələn məşhurlar

Xərçəngə qalib gələn məşhurlar
  31 Avqust 2013    Oxunub:6802
Məşhurlar da adi insanlar kimi xəstələnirlər. Onların bəziləri xərçəng xəstəliyinə tutulsa da, mübarizə apararaq ona qalib gəliblər.
AzVision.az xərçəng xəstəliyinə qarşı mübarizə aparıb qalib gələn beş məşhuru təqdim edir.

Dastin Hoffman



75 yaşlı aktyor Dastin Hoffman “XX əsrin taunu” hesab olunan xərçəng xəstəliyinə qarşı mübarizə edərək sağalıb. Aktyorun xərçəngin hansı növündən əziyyət çəkdiyi məlum deyil. Lakin Hoffmanın hələ də profilaktik müalicə kursu keçmək lazım olduğu bildirilib.

Kayli Minouq



2005-ci ildə Kayli Minouq süd vəzisinin xərçənginə tutulub. Müğənni bu xəstəliyə qarşı mübarizə aparmaqdan heç vaxt vaz keçməyib. Bir il ərzində Minouq şişin çəkilməsi üçün kimyaterapiyadan keçib. Mütəmadi müalicədən sonra o xəstəliyə qalib gələrək səhnəyə qayıdır. Həmin vaxtdan etibarən müğənni fast-fud və qazlı içkilər kimi zərərli məhsulları qida rasionundan çıxarıb.

Maykl Duqlas



Məşhur Hollivud aktyoru Maykl Duqlas 2010-cu ilin avqustunda qırtlaq xərçəngi xəstəliyinə tutulduğunu bilib. Duqlas siqaret aludəsi olduğundan xərçəngin səbəbi bununla bağlı olub. Onun xəstəliyi çox ağır idi, həkimlər onun sağalma ehtimalının az olduğunu söyləmişdilər. Bunun üçün aktyor arvadı Ketrin Zeta-Consla çəkilişlərdən imtina edərək uşaqları ilə birgə gəmi səyahətinə çıxır, çünki bu son görüş ola bilərdi. Ancaq xəstəliklə mübarizə effektiv olur. 2011-ci ildə Duqlas KİV-ə xəstəliyə qalib gəldiyini bildirir.

Anasteyşa



Məşhur amerikalı müğənni Anasteyşa 2003-cü ildə süd vəzisi xərçənginə tutulur. Onun bu xəstəliyi təsadüfən aşkar olunur. Belə ki, şiddətli ağrılara görə sinəsindən əməliyyata hazırlaşan müğənninin süd vəzisində şiş tapılır. Əməliyyatdan və kimya terapiya kursundan sonra o səhnəyə qayıdır. Lakin 2013-cü ilin martında müğənninin süd vəzisində xərçəng şişi yenidən aşkar edilir. İyul ayında isə KİV-ə açıqlama verən Anasteyşa xərçəngdən tamamilə azad olduğunu bildirir.

Ancelina Coli



2013-cü ildə məlum olur ki, məşhur aktrisa Ancelina Colinin süd vəzisinin xərçəngi xəstəliyinə tutulma riski yüksəkdir. Onun anası 56 yaşında məhz bu xəstəlikdən ölüb. Bu ilin aprelində Coli xəstəliyin yeganə profilaktikası olan əməliyyatla süd vəzilərindən xilas olub. Sonra o, bu barədə ictimaiyyətə açıqlama verib. İctimaiyyət Colinin bir çox qadınların risk etmədiyi bu addımını yüksək qiymətləndirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti