Əsədin 11 yaşlı oğlu Amerikanı hədələdi

Əsədin 11 yaşlı oğlu Amerikanı hədələdi
  31 Avqust 2013    Oxunub:1260
Suriya prezidenti Bəşər Əsədin 11 yaşlı oğlu Hafiz Əsəd ABŞ-ı ölkəsinə hücum etməklə “böyük səhv”ə yol verməyə çağırıb.
AzVision.az Daily Mail-ə istinadən xəbər verir ki, ABŞ-a ünvanlanan təhdidlə dolu mesaj Obama administrasiyasının keçən həftə kimyəvi silaha cavab olaraq Suriyaya hərbi müdaxilə etməsi barədə xəbərdarlığından sonra yazılıb.

Əsədin 11 yaşlı oğlu Hafiz Əsəd mesajı “Facebook” səhifəsində yazıb. Qeyd edək ki, mesaj yüksək vəzifəli Suriya məmurlarının övladları və nəvələri tərəfindən “like” edilib.

“Mən istəyirəm ki, amerikalılar hücum etsinlər, çünki onlar sonundan xəbərdar olmadıqları “böyük səhv”ə yol verəcəklər” – H.Əsəd yazıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti