BMT müfəttişləri Suriyadan çıxdı

BMT müfəttişləri Suriyadan çıxdı
  31 Avqust 2013    Oxunub:1067
Suriyada kimyəvi silah tətbiqi ehtimal olunan bölgədə araşdırma aparan Birləşmiş Millətlər Təşkilatı (BMT) nümayəndələrinin yoxlamaları bu gün başa çatıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT müfəttişləri topladıqları nümunələr əsasında hazırlanacaq hesabatı iki həftə ərzində BMT üzvlərinə təqdim edəcəklər.

Bu gün səhər paytaxt Dəməşqdəki oteli tərk edən müfəttişlərin Livana getdiyi bildirilir. Nümayəndə heyətinin yoxlamaları Avropadakı laboratoriyalarda araşdırılacaq. Hazırlanacaq hesabat BMT-nin baş katibi Pan Gi Mun tərəfindən ictimaiyyətə təqdim olunacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti