`Suriyaya kimyəvi silahı Rusiya verib`

`Suriyaya kimyəvi silahı Rusiya verib`
  31 Avqust 2013    Oxunub:1276
Polşanın xarici işlər naziri Radoslav Sikorski Suriyadakı kimyəvi silah arsenallarına görə Rusiyanı məsuliyyətli bilib.
AzVision.az xəbər verir ki, Radoslav Sikorski Varşavada jurnalistlərə söyləyib ki, Suriyada kimyəvi silah ehtiyatları hələ sovet dövründə SSR-nin köməkliyi ilə yaradılıb.

“Rusiya Suriyadakı kimyəvi silah arsenalına nəzarət edir, bu isə vəziyyətin sonrakı inkişafına mənfi təsir göstərə bilər” - Sikorski bildirib.

Qeyd edək ki, Polşa ABŞ-ın Suriyada keçirmək istədiyi hərbi əməliyyatda iştirak etməyəcək. Sikorskinin sözlərinə görə, Suriyaya silahlı hücum ölkədə baş verən cinayətlərə son qoymayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti