Çili prezidenti kəlləsi üstə yerə dəydi – FOTOLAR

Çili prezidenti kəlləsi üstə yerə dəydi – FOTOLAR
  31 Avqust 2013    Oxunub:1182
Çili prezidenti Sebastian Pinera xarabalığa yıxılıb.
AzVision.az xəbər verir ki, prezident Sebastian Pinera Santyaqoda yerləşən rayonlardan birində yerləşən köhnə evlərin sökülməsi prosesində iştirak edirmiş. Prezident müvazinətini saxlaya bilməyərək dağıntıların üzərinə yıxılıb. Pineranın ciddi travma almadığı bildirilib.

Yıxıldıqdan bir müddət sonra prezident zarafatyana jurnalistlərə söyləyib: “Həyatda yıxılma hadisələri tez-tez baş verir, amma əsas odur ki, insan yenidən qalxmağı bacarsın”. Hadisədən sonra Pinera gənc olduğunu söyləyərək tibbi müayinədən imtina edib.

Xatırladaq ki, bu, Çili prezidentinin təhlükəli vəziyyətə düşdüyü ilk hadisə deyil. 2010-cu ildə Yeni Orleana (ABŞ) səfəri zamanı o, sürüşkən olduğuna görə az qala Missisipi çayına yıxılacaqdı.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti