"Eurovision-2017"nin qalibi İtaliya olacaq - Bukmekerler
“Oddschecker.com” yazır ki, bukmekerlər Qabbianinin qələbəsini 2/1 olaraq qəbul edib. Belə ki, onun qələbəsinə bir dollar qoyan şəxs iki dollar əldə etmiş olacaq.
Bukmekerlər hesab edirlər ki, müsabiqədə qalib gəlmək üçün ən şanslı ikinci namizəd portuqaliyalı Salvador Sobraldır.
Qeyd edək ki, bu gün Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək.
26 ölkənin mübarizə aparacağı final Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Eurovision