"Yaxşı mahnı da işə yaramır" - "Eurovision" təmsilçimiz

"Yaxşı mahnı da işə yaramır" - "Eurovision" təmsilçimiz
  16 May 2017    Oxunub:2454
Xəbər verdiyimiz kimi, “Eurovision-2017” mahnı müsabiqəsinin final mərhələsində təmsilçimiz Diana Hacıyeva 14-cü olub. Onun çıxışını cəmi 17 ölkə bəyənib. Yalnız gürcülər təmsilçimizə ən yüksək balı veriblər. Belə ki, gürcü jürilər Dianının çıxışını 10, tamaşaçılar isə 12 balla qiymətləndiribər.
"Eurovision-2014" müsabiqəsində ölkəmizi təmsil edən Dilarə Kazımova AzVision.az-a açıqlamasında Dianın daha yüksək bala layiq olduğunu deyib.

“Diana ölkəmizi layiqincə təmsil etdi. Ancaq nə etmək olar, müsabiqədir. Mahnı da, şou da yaxşı idi. Qeyri-adi səhnə quruluşu var idi. "Eurovision" elə yarışmadır ki, bəzən bunlar işə yaramır. Doğrudur, biz yarışa qatılanda birinciliyə iddialı oluruq. Birinci, ikinci, üçüncü yerləri tutacağımıza ümid edirik.

Diananın birinci olmağını çox istəyirdik. Çıxışlarında heç bir problem yox idi. Buna görə də ümidlərimiz var idi. Təəssüf ki, ona 17 ölkə səs verdi. Halbuki, təmsilçimiz əlindən gələni etmişdi. Yarışda yer tutub-tutmamamq ondan aslı deyil".

D.Kazımova əlavə edib: "Doğrudur, müsabiqədə gözlədiyin yeri tutmayanda özünü birtəhər hiss edirsən. Bu, hansısa bir anda olur. Sonra məsələyə soyuq yanaşırsan və görürsən ki, səndən asılı olanı etmisən, qalib gəlmək təkcə sənin əlində deyil. Diananı yaxşı tanıyıram. Bilirəm ki, o, müsabiqədən sonra da dayanmadan işləyəcək. Diana ruhdan düşən insan deyil”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Eurovision  





Xəbər lenti