Moskvada azərbaycanlılarla dağıstanlılar arasında dava olub
Moskva polisi azərbaycanlılar və dağıstanlılar arasında davanı silahdan istifadə etməklə sakitləşdirib. Musavat.com “İnterfaks”a istinadən xəbər verir ki, məlumatı Rusiya DİN-in Moskva şəhər idarəsi yayıb.
Hadisə Demyan Bednıy küçəsindəki kafedə baş verib. Ora gələn polis əməkdaşları müəyyənləşdiriblər ki, azərbaycanlılar və dağıstanlılar arasında münaqişə zəminində kütləvi dava düşüb. Dava iştirakçıları polisin xəbərdarlıqlarına məhəl qoymayıblar. Bundan sonra havaya atəş açılıb. Dava iştirakçıları saxlanılıblar.
Saxlanılanlar ərizə yazmaqdan imtina ediblər və bir-birilərindən şikayətçi olmadıqlarını bildiriblər.
Teqlər: