Suriya Türkiyəni hədələdi

Suriya Türkiyəni hədələdi
  01 Sentyabr 2013    Oxunub:1195
Amerika hücum edərsə, Suriya Türkiyədəki hərbi və kəşfiyyat hobyektlərini vuracağını açıqlayıb.
İsrailin Arutz Sheva saytı Suriya mətbuatına istinadən xəbər yayıb ki, Suriya ABŞ-ın mümkün hücumuna cavab olaraq İsrail, Türkiyə və Kiprdəki potensial hədəflərin siyahısını hazırlayıb.

Suriyanın uzun mənzilli raketlərlə vurmağı planlaşdırdığı hədəflər arasında hava limanları, xüsusi əhəmiyyətə malik ictimai obyektlərlə yanaşı, hərbi-strateji və kəşfiyyat mərkəzləri də var. Saytın yazdığına görə, Suriya dövlət televiziyası hədəf seçilən obyektlərin havadan çəkilən fotolarını da yayımlayıb.

Ərdoğan hökumətinin ən başdan üsyançı qruplaşmaları dəstəklədiyini və maddi yardım göstərdiyini yazan Arutz Sheva saytı hədəflərin siyahısını dərc edib.


Teqlər:  





Xəbər lenti