Mursinin məhkəməsi olacaq

Mursinin məhkəməsi olacaq
  02 Sentyabr 2013    Oxunub:1384
Misirin hakimiyyətdən devrilmiş prezidenti Məhəmməd Mursinin məhkəməsi baş tutacaq.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Mursi etirazçılara qarşı zorakılıq törətməkdə ittiham olunub. Belə ki, keçən ilin dekabr ayında Qahirədə baş verən qarşıdurmada 7 nəfər öldürülmüşdü.

Bundan başqa, “Müsəlman Qardaşlar”ın 14 üzvünün də eyni ittihamlara görə məhkəmə prosesi olacaq.

Qeyd edək ki, Məhəmməd Mursi iyul ayında hakimiyyətdən devrildikdən sonra gizli yerdə saxlanılır. O, bir çox ittihamlarda təqsirli bilinir, lakin ilk olaraq etirazçıların öldürülməsi ittihamına baxılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti