Suriya mövzusu parlamentin gündəliyində olmayacaq

Suriya mövzusu parlamentin gündəliyində olmayacaq
  03 Sentyabr 2013    Oxunub:1113
İngiltərə Baş nazirliyi, hökumətin Suriyaya hərbi müdaxiləsi mövzusunun parlamentin gündəliyinə daxil edilmədiyini bildirib.
AzVision.az `Anadolu` agentliyinə istinadən xəbər verir ki, bu barədə İngiltərə Baş nazir Köməkçisi, Liberal Demokrat Partiyasının lideri Nik Kleq qeyd edib.

O, buna rağmən, İngiltərə hökümətinin bu həftə keçiriləcək G20 toplantı zirvəsində Suriyadakı Bəşər Əsəd rejiminə qarşı görüləcək tədbirləri müdafiə edəcəklərini də açıqlayıb.

Xatırladaq ki, İngiltərə xarici işlər naziri Villiam Haq dünən verdiyi açıqlamada, cavabı xeyr olan bir sualın parlamentdə müzakirə olunmasının mənasız olduğunu bildirib.


Mirvari







Teqlər:





Xəbər lenti