Əsəd Obama və Ollanda meydan oxudu

Əsəd Obama və Ollanda meydan oxudu
  03 Sentyabr 2013    Oxunub:1126
Suriya prezidenti Bəşər Əsəd Fransanın “Le Figaro” qəzetinə müsahibsində Suriyaya hərbi müdaxilə etmək istəyən prezident Frasua Ollanda meydan oxuyub. Əsəd Suriya ordusunun kimyəvi silahdan istifadə etmədiyini bir daha vurğulayıb, “ABŞ və Fransaya demək istəyirəm ki, əgər sübutları varsa, buyursunlar” deyib.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Əsəd Barak Obama və Fransua Ollandın rəsmi Dəməşqin kimyəvi silahdan istifadəsi ilə bağlı heç bir fakta malik olmadıqlarını deyib: “Biz Amerika və Fransadan heç olmasa bir sübut gətirmələrini istədik. Onlar hətta öz xalqları qarşısında bunu sübut etməkdə aciz oldurlar”, - deyə Əsəd vurğulayıb.

Əsəd həmnçinin bildirib ki, Suriyaya hərbi müdaxilə bütün Yaxın Şərq regionunda partlayışa səbəb olacaq: “ Yaxın Şərq – barıt çəlləyidir və bu gün bu çəlləyə od vurulur. Çəllək partlasa regiona nəzarət etmək qeyri-mümkün olacaq. Hər yerdə xaos və ekstremizm hökm sürəcək”.

Fransa prezidentinə müraciət edən Əsəd, Fransa hökumətinin Suriya siyasətinin çox pis nəticələr vertəcəyini deyib. “Fransız xalqı bizim düşmənimiz deyil, ancaq Fransa hökumətinin yürütdüyü siyasət Suriya xalqına qarşıdır. Nə qədər ki, bu ölkənin Suriya siyasəti xalqımıza qarşı olacaq, Fransa o zamana qədər Suriyanın düşməni olaraq qalacaq”.

Fransanın baş naziri Jan Mark Eyro isə bir qədər sonra verdiyi açıqlamada rəsmi parisin Əsəd rejiminə qarşı sanksiyalar tətbiq edəcəyini və Əsəd rejiminə qarşı koalisiya toplayacağını açıqlayıb.



Teqlər:





Xəbər lenti