Merkel: “Suriya ilə bağlı razılıq əldə etmək çətindir”

Merkel: “Suriya ilə bağlı razılıq əldə etmək çətindir”
  03 Sentyabr 2013    Oxunub:1161
Almaniya kansleri Angela Merkel BMT-nin Təhlükəsizlik Şurasında Suriya məsələsi üzrə razılıq əldə etməyin son dərəcə çətin olduğunu bildirib.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Merkel həmçinin söyləyib ki, Almaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasındakı qarşıdurmaya baxmayaraq, Suriyadakı vəziyyət ilə əlaqədar beynəlxalq ictimaiyyətin birgə qərar qəbul etməsi üçün əlindən gələni edəcək. Çünki ABŞ, Böyük Britaniya və Fransa bir tərəfdən, Rusiya ilə Çin digər tərəfdən Suriya məsələsinə görə ziddiyyət yaşayır.

Kansler vurğulayıb ki, Almaniya bir sıra qərb ölkələrinin Suriyaya planlaşdırdıqları hərbi müdaxilədə iştirak etməyəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti