Suriyaya raketləri İsrail atıb

Suriyaya raketləri İsrail atıb
  04 Sentyabr 2013    Oxunub:1450
Aralıq dənizinin şərq sahilləri istiqamətində iki ballistik raket buraxılıb.
Xəbər verdiyimiz kimi bu gün Bakı vaxtı ilə saat 11:16-da Rusiyanın raket hücumu barədə xəbərdarlıq sistemi Aralıq dənizi istiqamətində buraxılan iki ballistik raket qeydə alıb. Bu barədə Rusiya mətbuatı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Rəsmi Dəməşq raketlərin Aralıq dənizinə düşdüyünü bildirib.

Bir müddət əvvəl raketlərdən xəbərsiz olduğunu bildirən İsrail ballistik raketləri Suriyaya onların buraxdığını etiraf edib. Bildirilib ki, əməliyyat ABŞ-la birgə test məqsədilə həyata keçirilib.Lakin Amerika tərəfi əməliyyatda iştirakını təkzib edib.

Bu zaman rəsmi Təl-əviv məsələyə bir qədər aydınlıq gətirərək `raketlərin ABŞ-ın hazırladığı proqrama əsasən buraxıldığını bildirib.

Qeyd edək ki, xəbər yayılandan dərhal sonra da Pentaqonun mətbuat xidməti, qurumun Araqlıq Dənizini hədəfə alan raketlər barədə heç bir məlumatı olmadığını bildirmişdi.

Rusiya Müdafiə nazirliyindən verilən məlumata görə, raketlərin hərəkət trayektoriyası Aralıq dənizinin mərkəzi hissəsindən Aralıq dənizi sahillərinin şərq hissəsini əhatə edib.

Bu xəbərin ardından Müdafiə Nazirliyinin təmsilçisi bildirb ki, Rusiyanın müdafiə naziri, ordu generalı Serqey Şoyqu bu barədə prezident Vladimir Putinə məlumat verib.

Fransanın Müdafiə Nazirliyi də ballistik raketlər barədə məlumtasız olduğunu açıqlamışdı.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti