Sabiq prezident Nelson Mandela xəstəxananı tərk etdi

Sabiq prezident Nelson Mandela xəstəxananı tərk etdi
  04 Sentyabr 2013    Oxunub:1456
Cənubi Afrika Respublikasının keçmiş prezidenti, Nobel mükafatının laureatı, 95 yaşlı Nelson Mandela xəstəxananı tərk edərək, müalicəni evdə davam etdirəcək.

Bununla bağlı açıqlama verən CAR-ın hazırkı prezidenti Ceykob Zuma deyib ki, bu şad xəbərdi: “Çox şadıq ki, o müalicənin elə nöqtəsinə çatıb ki, onu artıq evə buraxa bildilər .Onun vəziyyəti kritik, lakin stabil olaraq qalır”.

Bundan əvvəl, CAR-ın ilk qaradərili prezidenti bir neçə dəfə xəstəxanaya düşüb. Onun əsas problemi ağ ciyərlərin infeksiyası ilə bağlıdır. Ömrünün 20 ildən çoxunu həbsxanada keçirən N.Mandelə elə orada da bu xəstəliyə tutulub

Nihadə


Teqlər:





Xəbər lenti