Gül Ərdoğanla dostluğundan danışdı

Gül Ərdoğanla dostluğundan danışdı
  04 Sentyabr 2013    Oxunub:1218
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan haqqında “Ustadın hekayəsi” adlə sənədli film çəkilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənədli filmdə baş nazirin uzun müddətdir dostluq etdiyi prezident Abdulla Gülün də fikirləri yer alıb.

Sənədli filmdə 40 illik dostluqlarından danışan Abdulla Gül deyib ki, Ərdoğanla ailəvi dostdurlar: “Biz ailəvi olaraq da yaxın dostuq. Onun uşaqları mənim uşaqlarım, mənim uşaqlarım onun uşaqları kimidir. Hamımız bir-birimizi çox sevirik. İnşallah bu millətə çox xidmət edəcəyik. Ərdoğan çox qətiyyətli və cəsur insandır. İnsanlarla mehriban ünsiyyət qurur ona görə də ətrafında bu qədər adam toplaya bilib. Amma yeri gələndə çox ürəyiyumşaqdır”.

Fatimə


Teqlər:





Xəbər lenti