Saakaşvili Kazbekə çıxacaq
Rusiya ilə sərhədin Gürcüstanın Kazbek rayonuna köçürülməsi barədə xəbər internetdə səs-küyə səbəb olub. Milli Alpinizm Federasiyası isə həmin informasiyanın yalan olduğunu bildirib.
“Gürcüstan prezidenti Mkinvartsveridə dağa qalxmağa hazırlaşdığı üçün burada təhlükəsizlik tədbirləri gücləndirilib” – federasiya vurğulayıb.
Xatırladaq ki, avqustun əvvəlində Saakaşvili Tsalencix rayonunda yerləşən Tobavarçhili gölü ətrafında üç günlük piyada yürüşə çıxmışdı.
AzVision.az
Teqlər: