Putin Suriyanı vurmaq üçün şərt qoydu

Putin Suriyanı vurmaq üçün şərt qoydu
  04 Sentyabr 2013    Oxunub:1532
Vladimir Putin: Əsədin günahı sübut olunarsa Suriyaya hərbi müdaxiləyə razılıq verəcəyik.
Bəşər Əsədin kimyəvi silahdan istifadəsi sübuta yetiriləcəyi təqdirdə Rusiya Suriyaya hərbi müdaxiləni istisna etmir. Bu barədə Rusiya prezidenti Vladimir Putin Associated Press agentliyinə və Rusiyanın birinci kanalına müsahibəsində deyib. Rusiya prezidenti onu da qeyd edib ki, bu yalnız BMT-nin əmrinə əsasən mümkün ola bilər.

“Mən bunu istisna etmirəm, lakin tamamilə prinsipial bir məqama diqqət çəkmək istərdim. Hazırki beynəlxalq və hüquqi sanksiyalara əsasən hər hansı müstəqil bir dövlətə qarşı hərbi müdaxiləyə yalnız BMT-nin Təhlükəsizlik Şurası qərar verə bilər. Suveren bir ölkəyə qarşı güc tətbiq etmək üçün irəli sürülən bütün digər səbəblər və üsullar yolverilməzdir, bütün bunlar aqressiyadan başqa bir şey deyil.

Bunula yanaşı prezident qeyd edib ki, Suriyada konkret olaraq nələrin baş verdiyi barədə dəqiq məlumatlar yoxdur, ətraflı araşdırmalara ehtiyac var: “ Bizi inandırmaq üçün tutarlı dəlillər lazımdır. Suriyada kim və hansı vasitələrdən istifadə edib. Yalnız bundan sonra biz ciddi şəkildə hərəkətə keçməyə hazır oacağıq”.

“Rusiya Suriyanı C-300 sisteminin ayrı-ayrı komponentləri ilə təmin edib, lakin çatdırılma işləri həlləlik yekunlaşdırılmayıb”-Putin deyib. Onun sözlərinə görə, Moskvanın bundan sonra atacağı addımlar “Suriyadakı vəziyyətə bağlıdır”.

ABŞ prezidenti Barak Obamanın Moskvaya səfəri barəd suala cavab olaraq isə Putin bildirib: Onun gəlməməsi fəlakət deyil, ancaq Moskvaya səfər etməsini istərdim.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti