Monika Belluçi “AST Telman”a görə boşandığını təkzib etmədi

Monika Belluçi “AST Telman”a görə boşandığını təkzib etmədi
  05 Sentyabr 2013    Oxunub:7068
Dünya şöhrətli italyalı aktrisa Monika Belluçi azərbaycanlı milyarder Telman İsmayılova görə ərindən boşandığı barədə yayılmış şayiələri təkzib etməyib.
Virtualaz.org xarici mediaya istinadən xəbər verir ki, M.Belluçi 14 illik nikahdan sonra əri Vinsent Kasseldən boşanmasını təsdiqləyib və bunun səbəbləri haqda danışıb.

Aktrisa işarə edib ki, səbəb ərinə olan inamsızlıqdır: “Biz heç də əvvəldən başa düşmürdük ki, bir yerdə olmaq istəyirik. Vinsent məni çox cəlb edirdi. Lakin mən ona əmin deyildim. Biz ikilikdə yaşamağa başladıq. Niyəsini bilmirəm. Mənə elə gəlir ki, biz heç də həmişə yaşadığımız adamı özümüz seçmirik, sadəcə olaraq elə vəziyyət yaranır ki, həmin adamla rastlaşırıq. Yəni tale belə gətirir”.

M.Beluççi deyib ki, 14 illik nikah zamanı çox vaxt onlar ayrı yaşayıblar. Monika İtaliyada, Vinsent Fransada olub.

“Hər birimizin öz şəxsi həyatımız var, ona görə də biz bir-birimizi ittiham etmirdik. Əgər evdə otursaydım və daim ona göz qırpsaydım, Vinsenti özümə daha çox cəlb edərdim. Ona görə də bizim nikahımız daha çox qonaq kimi olub, müntəzəm görüşmüşük” - deyə Monika Belluçi bildirib.

Hazırda M.Belluçi tək yaşamağa çalışır və sonra nə baş verəcəyi haqda düşünmək istəmir. Əgər Monika və Vinsent həmişəlik ayrılsalar belə onlar uşaqları naminə bir-birlərini dəstəkləyəcəklər. Aktrisa ərindən boşanmasının səbəbinin Telman İsmayılovla sevgi münasibətləri olduğu barədəki xəbərlərə münasibət bildirməkdən imtina edib. Xatırladaq ki, Telman İsmayılovun oğlu Sərxan bu şayiələrə münasibət bildirib. Deyib atası bu xəbəri eşidəndə sadəcə gülüb.


Teqlər:  





Xəbər lenti