ABŞ Rusiya ilə müzakirələrdən imtina etdi

ABŞ Rusiya ilə müzakirələrdən imtina etdi
  05 Sentyabr 2013    Oxunub:1137
ABŞ Konqresinin spikeri rusiyalı həmkarlarının təklifini qəbul etməyib
ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Con Beyner Rusiya parlamentarilərindən ibarət nümayəndə heyətinin Suriya məsələsini müzakirə etmək təklifini rədd edib. Bu barədə CNN telekanalı xəbər verir.

Bir müddət əvvəl Rusiyanın Federasiya Şurasının üzvləri amerikalı senatorlara Suriyadakı vəziyyəti müzakirə etməyi təklif etmişdi.

Federasiya Şurasının spikeri Valentina Matvienkonun ABŞ Senatındakı çoxluğun lideri Qarri Ridə müraciətində bildirilirdi ki, Suriyadakı vəziyyətin tənzimlənməsi üçün diplomatik həll yollarının heç də hamısından istifadə edilməyib.


Teqlər:  





Xəbər lenti