Rusiyada azərbaycanlı məktəbli həmyerlisini bıçaqladı

Rusiyada azərbaycanlı məktəbli həmyerlisini bıçaqladı
  05 Sentyabr 2013    Oxunub:1884
Məktəbli onu həmyaşıdlarının qarşısında söydüyü üçün yoldaşını bıçaqlayıb və qisas aldığından məmnun olduğunu söyləyib.
AzVision.az xəbər verir ki, Rusiyada azərbaycanlı səkkizinci sinif şagirdi 19 yaşlı yoldaşına bıçaqla iki zərbə endirib. Təqsirkar 15 yaşlı İlyası cinayət məsuliyyəti qorxutmur. İlyasın oxuduğu təhsil müəssisəsində yoldaşlığa xüsusi qiymət verilir və dostunun darda olduğunu bilən kimi ona kömək etməyə çalışır. 19 yaşlı yeniyetmə yol qəzasında başqasının avtomobilini vurur. Avtomobili təmir etdirmək üçün məktəblilər pul yığaraq ona kömək edirlər. Ən çox pul verən isə İlyas olur. Ancaq lazımı məbləği toplaya bilməyən yeniyetmə yenidən pul üçün uşaqlara müraciət edir. İlyas telefonunu itirdiyindən bundan xəbəri olmur. Məktəbin qarşısında görüşən yeniyetmə İlyası xəsislikdə ittiham edərək onu yoldaşlarının qarşısında söyür. İlyas isə qisas almaq üçün ona bıçaqla iki zərbə endirir. “Mən bütün məsuliyyəti dərk edirəm, amma şərəf qanunu digər qanunlardan üstündü” - İlyas polisə peşman olmadığını bildirib. Hazırda 19 yaşlı yaralı oğlan xəstəxanadadır və fakt üzrə təhqiqat işi aparılır. Cinayət işinin qaldırılması sual altındadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti