Suriyaya hərbi müdaxiləni Ərəb ölkələri maliyyələşdirəcək

Suriyaya hərbi müdaxiləni Ərəb ölkələri maliyyələşdirəcək
  05 Sentyabr 2013    Oxunub:1340
Nə İngiltərə, nə Fransa, nə də İsrail...
ABŞ senatında xarici əlaqələr üzrə komitədə Suriyaya hərbi müdaxiləyə qərar verən Obamanın müharibəni necə maliyyələşdirəcəyi də müzakirə olunub. ABŞ-ın dövlət katibi Con Kerri, körfəz ölkələrinin ABŞ-ın Suriyaya müdaxilənin xərclərini ödəməyə hazır olduğunu bildirib.

Amerikanın The Washington Post qəzetində dərc olunan məlumata görə, Suriyaya hərbi müdaxiləni körfəzdəki ərəb ölkələri maliyyələşdirəcək. ABŞ hərbi əməliyyat üçün bir qəpik də xərcləməyəcək.

ABŞ-ın dövlət katibi Con Kerrinin sözlərinə görə, maliyyə təklifi ərəb ölkələri tərəfindən irəli sürülüb. Hazırda təklif müzakirə olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti