Qaraçılar özlərini Suriya qaçqınları kimi qələmə verdi

Qaraçılar özlərini Suriya qaçqınları kimi qələmə verdi
  05 Sentyabr 2013    Oxunub:1289
Bolqar qaraçıları dövlətdən maddi yardım almaq üçün özlərini Suriya qaçqınları kimi təqdim ediblər.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qaraçıların yalanlarının üstü Haskov yaxınlığındakı qaçqınlar üçün düşərgədə açılıb.

Qaraçılar qida, geyim və yaşayış üçün digər ləvazimatların pulsuz verildiyi barədə xəbər tutan kimi qaçqınların yaşadıqları düşərgəyə yollanıblar. Bunu bilən qaçqınlar üzrə mərkəzin əməkdaşları maddi yardımın yalnız Suriya müharibəsinə görə vətənini tərk edən insanlara verildiyini söyləyiblər. Etnik azlıq isə məmurları diskriminasiyada ittiham edərək onları məhkəməyə verəcəklərini bildiriblər.

Qeyd edək ki, Suriya qaçqınları üçün ayrılan maddi təminat 185 və 30 avro təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti