Prezidentin ABŞ-a səfəri ləğv edildi

Prezidentin ABŞ-a səfəri ləğv edildi
  06 Sentyabr 2013    Oxunub:1162
Braziliya hökuməti bu gün ölkə prezidenti Dilma Rusefin ABŞ-a səfərini ləğv edib.
AzVision.az xəbər verir ki, Braziliya tərəfi oktyabrın 23-nə planlaşdırılmış Vaşinqtona səfəri tamamilə təxirə salıb. Bu cür addımın atılmasına rəsmi Braziliya heç bir açıqlama verməyib. Agence France-Presse bildirir ki, Amerika xüsusi xidmət orqanlarının Braziliya prezidentinin elektron yazışmalarını izlədiyi üçün ikitərəfli münasibətlər korlanıb və bu da səfərin ləğv olunmasına gətirib çıxarıb.

Qeyd edək ki, Amerikanın Milli Təhlükəsizlik Agentliyinin (MTA) Braziliya və Meksika prezidentlərinin elektron yazışmasını izləməsi barədə məlumat Braziliya mətbuatında sentyabrın 2-də yayılmışdı. Braziliya hökuməti ABŞ-ın bu hərəkətini ittiham edərək bunun ölkənin daxili işlərinə müdaxilə olduğunu bildirib və Vaşinqtondan təcili izahat tələb edib.

AzVision.az


Teqlər:





Xəbər lenti