Nalbandyan Ştefan Füle ilə görüşüb

Nalbandyan Ştefan Füle ilə görüşüb
  06 Sentyabr 2013    Oxunub:1104
Nalbandyan:”Ermənistan Avropa Birliyi ilə əməkdaşlığı davam etdirməyə hazırdır”
Sentyabrın 5-də Brüsselə səfər edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb. AzVision.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər görüşdə rəsmi İrəvanın Gömrük Şurasına üzvlüyü məsələsindən danışıblar. Erməni diplomat dialoq zamanı ölkəsinin Avropa Birliyi ilə əlaqələrini daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

O qeyd edib ki, Ermənistan Avropa Birliyi ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Söhbət zamanı hər iki şəxs insan hüquqları, iqtisadi və çoxtərəfli əməkdaşlığın və məsləhətləşmələrin davam etdirilməsi mövzusunda razılığa gəliblər. Səfər görüşündə ölkədə demokratik islahatların inkişaf etdirilməsi məsələsinə də toxunulub.

Həmçinin Nalbandyan və Füle Vilnüs sammiti ərəfəsində sentyabrın 12-13-də xarici işlər nazirlərinin İrəvanda keçiriləcək Şərq Tərəfdaşlığı sammiti haqda da fikirlərini bölüşüblər.


Teqlər:





Xəbər lenti