3D formatlı insan sifətləri

3D formatlı insan sifətləri
  06 Sentyabr 2013    Oxunub:1374
DNT analizindən 3D formatlı insan sifətləri düzəldilir
Bəlkə də bundan sonra icitmai yerlərdə siqaret çəkməyi götür qoy etməli olacaqsınız. Nyu Yorklu qadın rəssam DNT analizi vasitəsilə 3D formatlı sifətlər hazırlayır. O ictimai yerlərdə yerə atılan siqaret kötüklərini yığaraq laborotoriayada onların DNT-ni müəyyən edir və nəticələri təhlil edir.

Siqaretdən insanın əcdadı, saç və göz rəngi, cinsi mənsubiyyəti haqqında məlumatı əldə edir. Sonra topladığı məlumatı kompyuterə daxil edən rəssam 3D formatlı insan sifətləri əldə edir. 8 saata ərsəyə gələn şəkil sonradan media studiyada öz formasına çevrilir. Bu sifətlərdə burunun uzunluğu və sifətin forması tam müəyyən olunmur. Yəni sifətlər qismən oxşayır. Nyu Yorklu rəssam bunu ilk dəfə öz üzərində sınadığını qeyd edib.

Rəssam bundan sonra hər adamın özünə məxsus genetikası məsələsini qaldırmaq niyyətində olduğunu bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti