Ermənistan Qarabağ danışıqlarından uzaqlaşdırılacaq

Ermənistan Qarabağ danışıqlarından uzaqlaşdırılacaq
  06 Sentyabr 2013    Oxunub:1293
Şahnazaryan: “Bakı Qarabağ məsələsini Yerevanla deyil, Moskva ilə həll edəcək”.
Ermənistanın Vahid Gömrük İttifaqına qoşulması rəsmi Yerevanın Qarabağla bağlı danışıqlar prosesindən kənarlaşdırılması deməkdir.”Konkord” analitik mərkəzinin rəhbəri David Şahnazaryan jurnalistlərə açıqlamasında belə deyib.
Onun fikrincə Gömrük İttifaqı dövlətüstü struktur təklif edir, bu struktur nəinki vahid gömrük siyasətini həyata keçirəcək, həm də hüquqi məsələlərə də qarışacaq: Bu o deməkdir ki, Ermənistanxarici siyasətdə müstəqilliyini itirəcək. Belə bir vəziyyətdə Qarabağla bağlı istənilən məsələnin Ermənistanın iştirakı ilə müzakirəsini ümumiyyətlə yaddan çıxarmaq lazımdır. Əgər bir vaxtlar Robert Koçaryan və Vardan Oskayan “Dağlıq Qarabağ Respublikasını”danışıqlar prosesindən uzaqlaşdırmışdısa, bu dəfə Ermənistanın özünü kənara atacaqlar. Bakı Qarabağ məsələsini Yerevanla deyil, Moskva ilə həll edəcək”-Şahnazaryan bildirib.

Analitikin fikrincə Rusiya bu məqsədinə Ermənistana təzyiq göstərməklə nail olub: “Belə ki, bir neçə ay əvvəl Rusiya Azərbaycana silah satmıb. Bununla yanaşı Rusiya prezidenti Vladimir Putinlə Serj Sarkisyan arasında baş tutan görüşdə Azərbaycan tərəfindən müharibə təhlükəsi barədə fikirlər səsləndirilib. Son zamanlar Azərbaycanla Rusiya arasında yaradılan strateji əlaqələri nəzərə alsaq deyə bilərik ki, müharibə baş verə bilər. İki ölkə arasındakı hazırki münasibətləri, Moskvanın Ermənistana təzyiq göstərməsi göz qabağındadır”.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti