“Frida. Sevgi, Ağrı və Nəğmə”
Adıçəkilən təqdimat əsasında tamaşaçılar Meksika incəsənətinin ikonası, XX-ci əsrin dünya səviyyəsində ən tanınmış rəssamlardan biri Frida Kalonun həyatının müxtəlif dövrləri ilə tanış olublar. Eyni zamanda, publika Ana Alisia Salasın ifasında ənənəvi Meksika musiqisindən həzz almaq imkanını əldə edib.
Aktyorluq karyerasının əvvəlindən aktrisa Ana Alisia Salas kinoda, teatrda və televiziyada çıxış edib, bundan əlavə, müxtəlif yazıları həyata keçirib. 1980-ci ildə “Milli Kinonun Orxideyası” adına layıq görülüb. Meksikanı təmsil etmək məqsədilə Ana Alisia tez-tez xarici ölkələrə səfər edirdi. Bununla, digər ölkələr arasında İrlandiya, İspaniya, İtaliya, Fransa, Çin, ABŞ və Kolumbiyada çıxış edib.
AzVision.az