AzVision.az Rusiya prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, toplantıda çıxış edən Rusiya prezidenti Vladimir Putin 20-lik ölkələrini birləşməyə çağırıb:
`Qlobal böhranla mübarizə ilə yanaşı qlobal iqtisadiyyat, onun dayanıqlığı və inkişafı istiqamətində səylərimizi əsirgəməməliyik. Bunun üçün G20 ölkələrinin və bütün dünyanın qlobal iqtisadi inkişafını təmin edəcək yeni mənbələrə ehtiyacı vardır.
Görülən tədbirlərə baxmayaraq, G20 dövlətlərində işsizliyin səviyyəsi böhrandan öncəki göstəricidən də yüksəkdir. Ölkələrimiz ayrı olsa da, problemlərimiz eynidir. Bir sıra ciddi problemlər həll olunmamış qalır. Xüsusilə də, gənclər arasında işsizliyin səviyyəsi çox yüksəkdir.
Avropa İttifaqının Bank sistemində də ciddi problemlər vardır. İnkişaf banklarının maliyyə intizamı pozulub`.
Bu kimi çətinliklərin aradan qaldırılması üçün Putin G20 ölkələrini birləşməyə çağırıb:
Yeni maliyyə, investisiya mənbələri tapmalıyıq. Etibarlı, ucuz və ekoloji cəhətdən təmiz enerji mənbələrini də unutmamaq lazımdır. Bütün bu problemlərin öhdəsindən gəlmək üçün Rusiya kollektiv səyi dəstəkləyir.
Qeyd edək ki, müzakirələr sammitə dəvət olunmuş dövlət başçıları və beynəlxalq təşkilatların nümayəndələrinin birgə səhər yeməyi formatında davam edib.
S.Həsənova
L.Cavadova