BMT Suriya ilə qərarını açıqladı

BMT Suriya ilə qərarını açıqladı
  07 Sentyabr 2013    Oxunub:1078
`Hər gün mülki şəxsləri itiririk. Tərəflərə daha çox silah vermək məsələnin həlli deyil`.
BMT baş katibi Ban Ki-mun Suriya ilə bağlı qərarını açıqlayıb. AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, baş katib Suriyada hərbi əməliyyatlara qarşı olduqlarını bəyan edib:

“Hər keçən gün daha çox mülki vətəndaşları itiririk. Tərəflərə silah göndərmək problemin həlli deyil. Hərbi yol çarə deyil”.

Sank-Peterburqda keçirilən G20 zirvəsi çərçivəsində çıxış edən Ban Ki-mun Suriya probleminin həlli üçün Cenevrə 2 konfransının toplanmasını təklif edib.

O həmçinin Suriyada humanitar yardım həyata keçirən BMT nümayəndələrinin ölkədən çıxarmağı planlaşdırmadıqlarını da açıqlayıb. Baş katib bölgədə durumun riskli olmasına rəğmən heyətin Suriyada qalacağını və onların 4500-dən çox olduğunu vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti