`Əsədin cavabını yerində vermək lazımdır`

`Əsədin cavabını yerində vermək lazımdır`
  08 Sentyabr 2013    Oxunub:1110
`Dünya kimyəvi silaha qarşı çıxmalıdır. Bu, artıq zərurətə çevrilib. Buna qarşı çıxmamaq, kimyəvi silahdan istifadə etmək qədər riskli bir işdir`.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu İngiltərə xarici işlər naziri William Hague Suriyada kimyəvi silahdan istifadə olunmasını şərh edərkən bildirib.

Suriyaya hərbi müdaxilə ilə bağlı Birləşmiş Krallığın qərarından danışan Hague, bunu müxalifətin fürsətdən sui- istifadəsi kimi qiymətləndirib.

`ABŞ ilə İngiltərə hesab edir ki, Suriya məsələsində kimyəvi silahdan istifadə edənlərin cavablarını lazımi şəkildə və yerində vermək lazımdır`,deyə o, vurğulayıb.

`İraqdakı hadisələrdən dərs aldığımızdan əmin ola bilərsiniz. Orta Şərqdə müharibələrin ocağına düşmək istəmirik. Söhbət kimyəvi silahdan gedirsə, bu Suriya məsələsindən də böyük məsələdir`.

Hague , Bəşər Əsəddən sonra Suriyanın idarə olunması məsələsinə gəlincə, müvəqqəti hökumətin qurulmasının vacibliyini qeyd edib.

Mirvari




Teqlər:





Xəbər lenti