Gənclər Fanta Gənclik Festivalına `yox` dedilər

Gənclər Fanta Gənclik Festivalına `yox` dedilər
  08 Sentyabr 2013    Oxunub:1034
Türkiyənin Konya şəhərində baş tutacaq `Fanta Gənclik Festivalı`Misir və Suriyada yaşanan hadisələrdən dolayı ləğv oluna bilər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyada `Səadət Partiyası` adlı təşkilatın gənc fəalları, `Müsəlmanlar qan ağlayarkən, əyləncəyə `yox` deyirik`, `Qardaşın ağlayırsa, sən əylənmə!` şüarları ilə çıxış edərək festivalın ləğv olunmasının tərəfdarı olduqlarını dilə gətirib:

`Bütün bu hadisələrin yaşandığı dönəmdə ölkəmizdə əyləncə mərasimləi təşkil olunur. Hamımızın gözləri qarşısında müsəlmanlara haqsızlıqlar və zülmlər edilir. İnsanlarımız isə heç bir reaksiya göstərmədən bunu seyr edir. Bunun başlıca səbəbi insanlarımızın festival və əyləncə keçirməklə `yuxuya verilməsidir`. Biz Konyalılara üzümüzü tuturuq! `Fanta Gənclik Festivalı` keçirilən zaman meydanda zülmlərə son verilsin deyərək səsiniz ucaldın. Unutmayaq ki, Qərbin İraqa, Suriyaya və Misirə baxışı necədirsə, Türkiyəyə də o cürdür`.

Mirvari



Teqlər:  





Xəbər lenti