ABŞ dəstək axtarışında

ABŞ dəstək axtarışında
  09 Sentyabr 2013    Oxunub:1087
Con Kerri hücum planı ilə bağlı Uilyam Heyqlə müzakirələr aparacaq
Amerika Birləşmiş Ştatları Suriyaya hücum planı ilə bağlı dəstək əldə etmək üçün danışıqları davam etdirir. Ötən gün ABŞ-ın dövlət katibi Con Kerri Fransanın paytaxtı Parisdə Ərəb Ölkələri Liqasına üzv-dövlətlənin xarici işlər nazirləri ilə danışıqlar aparıb. Bu gün isə Kerri Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə görüşərək, Suriya münaqişəsinə hərbi müdaxilə planını müzakirə edəcək. Suriya mövzusu Rusiyada da müzakirə ediləcək. Moskvada Rusiyanın xarici işlər naziri Serqey Lavrovun suriyalı həmkarı Valid əl-Müəllimlə görüşü planlaşdırılıb.

Bu arada, Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı xristian kəndinə nəzarət yenidən hökumət qüvvələrinin əlinə keçib. Suriya dövlət televiziyasının məlumatına görə, Malula kəndinə nəzarət bir gün əvvəl "Əl-Qaidə" ilə əlaqəli olan qruplaşmaların əlinə keçmişdi. Qeyd edək ki, xristian icmasının yaşadığı Malula kəndi YUNESKO-nun mədəni irs siyahısına daxildir.


Teqlər:  





Xəbər lenti