ABŞ və İngiltərə telefonları dinləyir

ABŞ və İngiltərə telefonları dinləyir
  09 Sentyabr 2013    Oxunub:1059
ABŞ və İngiltərə kəşfiyyatı ölkənin təhlükəsizliyi üçün telefonları dinləyir.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) bildirib ki, iPhone, Blackberry və Android telefonlarının məxfilik kodlarını sındırıb.

Almaniyanın gündəlik Der Spiegel qəzetinin yazdığına görə, MTA Britaniya ilə birgə kəşfiyyat xarakterli məlumat toplamaq üçün telefonları izləyib. Berlində minlərlə nümayişçi MTA-dan internet istifadəçilərini izləməyə son qoymağı tələb edib. Almaniya qəzeti telefonların kütləvi izlənilib-izlənilmədiyi barədə açıqlama verməyib. Kəşfiyyatçıların yalnız istifadəçilərin danışıqlarını dinləmək üçün telefonların kodlarını sındırdıqları məlumdur.

Qeyd edək ki, Der Spiegel qəzeti bu barədə informasiyanı hansı mənbədən aldığını bildirməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti