Mer seçkilərində Kremlin adamı qalib gəldi

Mer seçkilərində Kremlin adamı qalib gəldi
  10 Sentyabr 2013    Oxunub:1333
Moskva meri seçkilərində Kremlin dəstəklədiyi namizəd Sergey Sobyanin qalib gəlib. Putinin sərt tənqidçilərindən Aleksey Navalnı isə kütləvi etirazlara hazırlaşır.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rəsmi elan olunan məlumatlara görə, Sobyanin səslərin 51.3%ni toplayıb. Sobyanin 50 faizlik səs bariyerini aşdığı üçün ikinci tura ehtiyac qalmayıb.

Onun əsas rəqibi, müxalifət lideri Aleksey Navalnı isə seçicilərin 27.2 faizinin dəstəyini qazanıb. Navalnı nəticələrin qəsdən saxtalaşdırıldığını deyib və onları təsdiq etməkdən imtina edib.

O, seçkiləri ikinci tura çıxarmaq üçün kifayət qədər səs qazandığını bildirsə və səslərin sayılmasında "bir sıra ciddi pozuntu" olduğunu desə də Moskva seçki komissiyası ciddi pozuntular olmadığını və ikinci turun keçirilməyəcəyini vurğulayıb.

Seçici fəallığının 32 faiz olduğu seçkilərdə üçüncü yerdə 10.7% səslə Kommunist partiyasının namizədi İvan Melnikov qərarlaşıb.

Cənab Navalnı "Qərbsayağı" kampaniya aparıb. O, seçicilərlə qeyri-rəsmi görüşlər keçirib və təbliğat üçün ailəsilə birlikdə olan şəkillərdən istifadə edib.

Cənab Sobyanin 2010-cu ildə, 18 ilin meri Yuri Lujkov işdən çıxarılandan sonra bu vəzifəyə təyin olunub.





Teqlər:  





Xəbər lenti