8 yaşlı uşaq gərdək gecəsi öldü

8 yaşlı uşaq gərdək gecəsi öldü
  10 Sentyabr 2013    Oxunub:2218
Yəməndə 40 yaşlı kişi ilə evləndirilən 8 yaşlı qız - Rəvan toy gecəsi ölüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gərdək gecəsi cinsi əlaqə nəticəsində qızda yaranmış qanaxma onun ölümünə səbəb olub.

Küveytin “Əl-Vətən” qəzetinin yaydığı məlumata görə, hadisə sosial mediadakı ərəblərin etirazına səbəb olub. Qızla evlənən şəxsin və onu ərə verən valideynlərin cəzalandırılması tələb edilir.

Qeyd edək ki, Yəməndə qızların 25%-i 15 yaşı tamam olmadan evlənir. Ölkədə 2009-cu ildə nigaha daxil olma yaşının 17 olmağı təklif edilsə də islam qaydalarına uyğun gəlmədiyinə görə təklif qəbul edilməmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti