125 ildən sonra tapıldı

125 ildən sonra tapıldı
  11 Sentyabr 2013    Oxunub:1087
Tanınmış rəssam Van Qoqun 1888-inci ildə çəkdiyi "Montmajorda günün qürubu" adlı tablosu 125 ildən sonra tabılıb.
Aparılan araşdırmalar nəticəsində rəsm əsərinin həqiqətən də Van Qoqun əl işi olduğu təsdiqlənib. Qeyd edək ki, kolleksiyaçılar uzun müddət varlığı məlum olan bu əsəri aşkarlamaq üçün axtarışlar həyata keçirsələr də istəklərinə nail ola bilməmişdilər. Hazırda tablo adı açıqlanmayan iş adamlarından birinə məxsusdur və bir neçə günlük nümayiş olunmaq üçün Van Qoq muzeyinə göndərilib.


Teqlər:





Xəbər lenti