İranda dəhşətli qəza: 44 nəfər öldü

İranda dəhşətli qəza: 44 nəfər öldü
  11 Sentyabr 2013    Oxunub:1135
İranın mərkəzində ciddi insan tələfatı ilə nəticələnən ağır yol qəzası baş verib.
Qum şəhərində iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 44 nəfər ölüb, bir o qədəri də yaralanıb. Gecə saatlarında baş verən qəzadan sonra hər iki avtobus yanmağa başlayıb. Qızıl aypara əməkdaşlarının məlumatına görə, ölənlərin əksəriyyəti elə alovlanan avtobuslarda diri-diri yananlardır.

Ehtimal olunur ki, qəzaya avtobusların birində yaranan texniki nasazlıq səbəb olub. Belə ki, təkəri çıxan avtobus yolun əks istiqamətində sürüətlə hərəkət edən digər avtobusa çırpılıb.Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Ümumiyyətlə yolların təhlükəsizlik standartlarına cavab vermədiyi İranda hər il orta hesabla 20 min insan avtomobil qəzalarının qurbanına çevrilir.


Teqlər:  





Xəbər lenti