Obama Suriya ilə bağlı yeni qərar verdi

Obama Suriya ilə bağlı yeni qərar verdi
  11 Sentyabr 2013    Oxunub:1174
ABŞ prezidenti Suriyanın kimyəvi silahları təhvil verməsi barədə təklifi müzakirə etməyə razıdır
ABŞ prezidenti Barak Obama Rusiyanın gündəmə gətirdiyi Suriyanın kimyəvi silahları beynəlxalq müşahidəçilərə təslim etməsi barədə təklifi ilə bağlı qərarını verib. Ağ ev rəhbəri bu təklifi müzakirə etməyi qəbul edib.

Bu barədə açıqlama Ağ evdən "NBC News"ə verilib. Məsələ ilə bağlı müzakirələr BMT-də başlayacaq.

Qeyd eədk ki, Suriya xarici işlər naziri Velid Muallim Rusiyanın adıçəkilən təklifini qəbul etdiklərini açıqladıqdan sonra "NBC News"a açıqlama vermişdi. Nazir məsələnin sülh yolu ilə həllinin savaşa son qoyacağına ümid etdiyini demişdi.

İngiltərənin baş naziri Devid Kameron da ABŞ, Fransa və İngiltərənin BMT Təhlükəsizlik Şurasına bir qətnamə təqdim edəcəyini açıqlayıb.


Teqlər:





Xəbər lenti