BMT-dən Suriya çağırışı

BMT-dən Suriya çağırışı
  11 Sentyabr 2013    Oxunub:1344
Təhlükəsizlik Şurasının iclası gecə saatlarında olacaq
BMT Təhlükəsizlik Şurasının rəhbəri Avstralyanın daimi təmsilçisi Qari Quinlan Şura üzvlərini Suriya ilə bağlı iclasa dəvət edib.

Bakı vaxtı ilə 01:00 keçiriləcək toplantıda Suriya ilə bağlı məsələlər müzakirə ediləcək.

Məlumata görə, gün ərzində Rusiya da daxil olmaqla TŞ üzvləri Suriya ilə bağlı toplantı keçirilməsi ilə bağlı quruma müraciətlər ediblər. Məhz bu müraciətlərdən sonra təcili toplantı barədə qərar verilib.

Fransa xarici işlər naziri Loran Fabius ölkəsinin məsələ ilə bağlı hazırladığı qətnamə layihəsini Təhlükəsizlik Şurasına təqdim edəcəyini deyib. Bu layihədə 21 avqust hücumunun qınanması, Dəməşq rejiminin öncə kimyəvi silahların invertarlaşdırıb, sonra təhvil verməsinin yer alacağını qeyd etmişdi.

Qeyd edək ki, Fabiusun açıqlamasından sonra BMT TŞ-nin daima üzvləri olan ABŞ,Fransa və İngiltərə nümayəndələrinin bu məsələni aralarında müzakirə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti