`ABŞ Suriya müharibəsinə qarışmayacaq`

`ABŞ Suriya müharibəsinə qarışmayacaq`
  11 Sentyabr 2013    Oxunub:1075
ABŞ Suriyada davam edən vətəndaş müharibəsinə qarışmaq niyyətində deyil.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama bildirib ki, ABŞ Suriyada davam edən vətəndaş müharibəsinə qarışmaq niyyətində deyil, amma lazım gələrsə, məhdud şəkildə zərbə vura bilər.

“Yalnız Amerika məhdudlaşdırılmış zərbə ilə Əsədə mesaj göndərə bilər. Suriyaya nəzərdə tutulan məhdudlaşdırılmış zərbə diktator Əsədi kimyəvi silahdan istifadə etməzdən qabaq iki dəfə düşünməyə məcbur edə bilər” - o deyib.

Obama izah edib ki, kimyəvi silahdan istifadəyə cavab olaraq ABŞ-ın Suriyada mümkün hərbi qüvvə tətbiqi konkret hədəflərə yönəldiləcək və məhdudlaşdırılmış xarakter daşıyacaq. ABŞ prezidentinin sözlərinə görə, Suriya probleminin diplomatik həlli üzrə Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşmələr davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti