O, dünyanın ən çox qazanan aktyorudur - FOTOLAR
AzVision.az xəbər verir ki, jurnalın avqustun 22-də nəşr olunan nömrəsində açıqlanan siyahıya görə, amerikalı aktyor Mark Uolberq 2017-ci ildə dünyanın ən çox qazanan aktyoru olub.
Siyahıda ikinci və üçüncü yerlərdə Dueyn Conson və Vin Dizel qərarlaşıb. Onlar müvafiq olaraq 65 və 54,5 milyon dollar gəlir əldə ediblər. Siyahıda Adam Sendler (50,5 milyon), Ceki Çan (49 milyon), Tom Kruz (43 milyon) və Şahrux Xanın da (38 milyon) adı var.
AzVision.az