Prezidentdən `facebook`la bağlı göstəriş

Prezidentdən `facebook`la bağlı göstəriş
  12 Sentyabr 2013    Oxunub:1187
İranın yeni prezidenti Həsən Ruhaninin göstərişi ilə 22 nazir özünə `facebook` sosial şəbəkəsində hesab açıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2009-cu ildə `facebook`dan xalqın istifadəsi qadağan olsa da Həsən Ruhani nazirlərə “Sosial şəbəkələrdə aktiv olun” tapşırığını verib.

`Facebook`la yanaşı digər sosial şəbəkələrə də qadağa qoyulduğundan ölkə əhalisi nazirlərin sosia şəbəkələrdəki paylaşımlarını qəzetlərdən oxuya bilir.

Nazirlər arasında sosial şəbəkələrdə ən aktiv istifadəçi isə xarici işlər naziri Cavad Zərifdir.
Avqustun 10-da açdığı `facebook` hesabının 136 mindən çox izləyicisi var.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti