ABŞ vətəndaşlarını satır

ABŞ vətəndaşlarını satır
  12 Sentyabr 2013    Oxunub:1058
ABŞ xüsusi xidmət orqanı vətəndaşları barədə məlumatları İsrailə verib.
AzVision.az xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) İsrail xüsusi xidmət orqanları ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Sənədə əsasən ABŞ İsrailə öz vətəndaşları haqqında məxfi informasiyanı verə bilər. Bu barədə The Guardian qəzeti məlumat verib. Məlumata görə, iki ölkənin xüsusi xidmət orqanları arasında razılaşma 2009-cu ilin martında əldə edilib. Memorandumda Amerika vətəndaşlarının hüquqlarının müdafiəsinin vacibliyi qeyd olunub. Məlumatlara danışıqlar, fakslar, səsli mesajlar, rəqəmsal şəbəkələrin informasiyaları daxildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti